İki uşağı vurub öldürdü, qaçdı - TOVUZDA DƏHŞƏTLİ HADİSƏ

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

 

"VAZ" markalı avtomobil Əyyublu kənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Pərvin Habil oğlu və Bayramlı kənd sakini, Əyyublu kəndində qonaq gələn 2007-ci il təvəllüdlü Qəfərova Əfsanə Elşən qızını vuraraq öldürüb. Sürücü hadisə yerindən qaçıb. Hadisə uşaqlar küçədə oynayarkən baş verib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR