Trampın ətrafı boşalır - NÖVBƏTİ İSTEFA
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşavirİ Sebastyan Qorka istefa verib.
APA TV-nin CNN telekanalına istinadən məlumatına görə, bu barədə Ağ Evdəki mənbə xəbər verib.
Donald Trampın ən qatı tərəfdarlarından biri olan S. Qorka mütəmadi olaraq kütləvi informasiya vasitələrində dövlət başçısının siyasətini müdafiə edib.
İstefanın səbəbləri hələ ki, açıqlanmır.
Qeyd edək ki, avqustun 15-də Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları məktubda Ağ Evdəki üç köməkçisi - Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkanı istefaya göndərməyi xahiş ediblər. Milli azlıqlar qruplarının rəhbərləri Şarlottsvill şəhərindəki iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Avqustun 18-də ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.
OXŞAR XƏBƏRLƏR
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi