ABŞ-da kabus geri döndü: Texasda fövqəladə vəziyyət!
ABŞ-ın Texas ştatına yaxınlaşan "Harvi" qasırğası dördüncü kateqoriyaya qədər güclənib.
APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, qasırğanın episentrində küləyin sürətinin saniyədə 60 kilometrə çatdığı bildirilir. "Harvi" Texas sahillərinə yaxın Mustanq adasında yerləşən Port-Aranzas şəhərində ciddi fəsadlar törədib.
Texas ştatının qubernatoru Qreqq Ebbot 30 dairədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib.
"Harvi" son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğadır. 2005-ci ildə beşinci kateqoriyalı "Katrina" qasırğası Luiziana ştatının Yeni Orlean şəhərinin 80 faizini su altında qoymuşdu. Təbii fəlakət nəticəsində 2000 nəfər ölmüş, daha 1 milyonadək insan evini tərk etməyə məcbur olmuşdu.
OXŞAR XƏBƏRLƏR
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi