Qətər İrandan geri çağırdığı səfiri yenidən Tehrana göndərdi

Qətər hakimiyyəti 6 aylıq fasilədən sonra İranla diplomatik əlaqələri bərpa etmək qərarına gəlib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Qətərin Xarici İşlər Nazirliyindən ölkənin İrandakı səfirinin tezliklə vəzifəsinin icrasına davam edəcəyi bildirilib. Bəyanatda həmçinin İranla münasibətlərin gələcəkdə daha da möhkəmləndiriləcəyi qeyd olunub.
 

Xatırladaq ki, Qətərin İrandakı səfiri 2016-cı ildə Səudiyyə Ərəbistanının İrandakı diplomatik missiyasına hücumdan sonra geri çağırılıb. Rəsmi Doha bu qərarı Səudiyyə Ərəbistanı, Bəhreyn, Sudan və Kuveytin ardınca verib.

 

Xatırladaq ki, iyunun sonunda dörd ölkə Qətərə 13 maddəlik ultimatum göndərərək, digər ölkələrin vətəndaşlarına qarşı ayrı-seçkiliyə son qoyulması, Səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyndə terrorçuluq maddəsilə axtarılan şəxslərin ekstradisiyası, eləcə də Türkiyənin Qətərdəki hərbi iştirakını dayandırılmasını tələb edib. Bundan əlavə, tələblər arasında kompensasiyanın ödənilməsi də var.

 

Öz növbəsində Qətər isə regional böhrana son qoyulması üçün müzakirələrə hazır olduğunu bildirib.

 

 



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR