İsmayıllıda yeni tikilən ev yanaraq külə döndü - HADİSƏ ANI

İsmayıllıda yeni tikilən ikimərtəbəli fərdi yaşayış evi yanıb.  APA TV-nin yerli bürosunun məlumaına görə, yanğın hadisəsi bu gün günorta saatlarında İsmayıllı şəhərinin Əbdülhəsən Ələkbərzadə küçəsində qeydə alınıb.


Şəhər sakini, 1984-cü il təvəllüdlü Babayev Vüsal Məmmədəmin oğluna məxsus ümumi sahəsi 126 kvadratmetr olan ikimərtəbəli evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin bütün hissəsi içərisindəki məişət əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. 

Ailə üzvlərinə məxsus pul, sənədlər, geyim və qızıl-zinyət əşyaları da yanıb. Evin ətrafındakı yardımçı tikililər yanğından mühafizə olunub. Evin yeni tikilərək istifadəyə verildiyi və hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

      
Faktla bağlı araşdırma aparılır.

         
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR