DGK sədri sahibkarlarla görüşdü

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda sahibkarlarla görüşüb.

APA TV-nin yerli yerli bürosunun görə Komitə sədri A. Əliyev sahibkarlarla  görüşü Yevlax Gömrük İdarəsində baş tutub. Yerli iş adamları Komitə Sədri ilə  gömrük keçid məntəqələrində  qarşılaşdıqları çətinliklər müzakirə ediblər. A. Əliyev vurğulayıb ki,  Dövlət Gömrük Komitəsinin əsas hədəfi xarici ticarət dövriyyəsinin inkişafına  xidmət edir. Bu səbəbdən də  xarici ticarətlə məşğul olan sahibkarların  fikrini öyrənmək və gömrük sənədləşdirilməsində mövcud olan problemləri dinləyib həlli üçün çalışmaq çox vacibdir.

Komitə sədri A. Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsi yeni keçid məntəqələrinin açılması layihəsi üzərində çalışır. Lakin bu sahədə bəzi çətinliklərin olduğunu vurğulayıb: "Bilirsiniz yeni Azərbaycanda fəaliyyət göstərən quru keçid məntəqələri modernləşdirilib.  Turizmin axını ilə bağlı çalışırıq ki, xətlərin artırılması ilə bağlı iş aparaq. Amma burda əsas problem maddi vəsaitin çatışmazlığı və kadr çatışmazlığı var. Bu gün mövcud olan ştat cədvəli ilə yeni xətlərin açılıb. Hava xətlərində  kifayət qədər  reyslər fəaliyyətə başlayıb. Bunları təmin etmək üçün mövcud olan əmək qanunvericilik  çərçivəsində bizə kifayət qədər ştat vahidi tələb olunur. Biz bunun üzərində dəfələrlə təkliflər hazırlamışıq, ümid hissi ilə baxırıq ki, bunlar müsbət həll olunandan sonra biz artıq bu sahədə də planlaşdırılmış şəkildə fəaliyyətimizi davam etdirə bilərik".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR