"Tramp hakimiyyətdən uzaqlaşdırılacaq" - VAXT AÇIQLANDI

"ABŞ prezidenti Donald Tramp impiçment nəticəsində hakimiyyətdən uzaqlaşdırılacaq".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu iddianı D. Trampın seçkidə qələbəsini proqnozlaşdıran professor Allan Lihtman səsləndirib. Onun sözlərinə görə, 2018-ci ildə keçiriləcək seçkilərdən sonra yeni tərkibdə formalaşacaq Konqress 25 nəfərin demokratlarla həmfikir olacağı təqdirdə hazırkı Ağ Ev rəhbərinin impiçmenti prosesinə başlayacaq.

 

Daha bir ehtimal: əgər demokratlar Nümayəndələr Palatasında çoxluğa sahib olarsa, impiçment məsələsi yenə də gündəmə gələcək.

 

Qeyd edək ki, A. Lihtman buna səbəb kimi Rusiya ilə münasibətlər, hakimiyyətdən sui-istifadə, hüquq pozuntularına rəvac verilməsi kimi faktorları göstərib.

 

 


 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR