Politoloq: "Ərəb baharı" başa çatdı"

"Ərəb baharı" dövrünün gətirdiyi qeyri-stabil vəziyyət başa çatır. Şimali Afrika və Yaxın Şərq ölkələrini indi daha dinc dövr gözləyir".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu "Bloomberg" telekanalına müsahibəsində Omanın maliyyə eksperti Fabio Skaççavillani bildirib.

 

O deyib ki, Şimali Afrika və Yaxın Şərqdəki mövcud vəziyyəti dəyərləndirmək üçün 2011-ci ildən ötən dövrə nəzər salmaq vacibdir:

 

"Ötən dövr ərzində regional güclər mövcud vəziyyətdən istifadə edərək bəzi ölkələrdə hakimiyyəti ələ keçirməyə çalışan qüvvələri dəstəkləyib. Lakin, xoşbəxt gələcək ümidi ilə hakimiyyətin dəyişməsi, iqtisadi və siyasi sahələrdə müsbət yeniliklərin olacağına inamı artıran "Ərəb baharı" artıq arxada qalıb" deyə ekspert bildirib.

 

F. Skaççavillani həmçinin yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin azalacağını və yekun nəticədə regionda daha stabil vəziyyətin hökm sürəcəyini qeyd edib.

 

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Suriyada vətəndaş müharibəsinin bitdiyini açıqlayıb.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR