Tovuzda taxıl zəmisi külə döndü

Tovuzda taxıl sahəsi yanıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

Axşam saatlarında biçilmiş taxıl sahəsi yanmağa başlayıb. Alov qısa müddətdə genişlənərək təxminən 10 hektara qədər ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz Rayon Yanğından Mühafizə Hissəsinə avtomobilləri və canlı qüvvəsi əraziyə cəlb olunub və alov söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR