Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 25-də Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib. APA TV-nin yerli bürosunun məlumatına görə, komitə sədri Göyçay, Ucar, Zərdab və Kürdəmir sakinlərinin müraciətlərini dinləyib.
Müraciətlər əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük-keçid məntəqələrindəki vəziyyət barədə olub.
Əksər müraciətlər yerindəcə həll edilib. Araşdırılması zəruri olan bir sıra müraciətlərin isə qanunvericiliyə uyğun həlli barədə müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara hərtərəfli izahatlar verilib, belə müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV