Amerikada tüğyan edən qasırğa neft və qaz istehsalına təsir edir - QİYMƏTLƏR BAHALAŞIR

Neftin qiyməti ötən gün baş verən ucuşlamadan sonra yenidən bahalaşıb.

 

APA TV-nin məlumatına görə, Harvey qasırğasının Meksika körfəzindən keçərək ABŞ-ın neft yataqları ilə zəngin bölgəsinə istiqamətlənməsi səbəbindən qiymətlər yüksəlib.

Treyderlər qasırğanın neft hasilatının azalmasına səbəb olacağını düşünür. Artıq körfəzdə neft və təbii qaz istehsalının bir hissəsi dayandırlıb.

 

Ümumiyyətlə isə neft bazarında əsas faktorlar yerində qalır - "ABŞ-ın neft ehtiyyatlarının azalması, istehsalın artması".

 

Hazırda birjalarda "Brent" markalı neft 52,47 dollardan təklif olunur. Ötən gün axşam saatlarında bu markadan olan 51,70 dollara qədər ucuzlaşmışdı. WTİ nefti də ucuzlaşmadan sonra yenidən dəyər qazanıb. Qərbi Texas nefti hazırda 47,83 dollardan təklif olunur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR