Bakıda evə soxulan şəxs ev sahibini bıçaqladı

Bakının Səbail rayonunda bıçaqlanma olub. APA TV xəbər verir ki, qanlı hadisə Badamdar qəsəbəsi, 3-cü Massiv, Dostluq küçəsi, ev 13-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Əmrahov Əziz Fərman oğlu bədəninin çoxsaylı kəsilib-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Cərrahi əməliyyat olunan Ə.Əmrahovun vəziyyətinin ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı Ə.Əmrahovu tanıdıqları bir şəxs bıçaqlayıb. Hələlik bilinməyən səbəbdən onların yaşadığı evə soxulan həmin şəxs Əzizə xəsarətlər yetirib.

Hadisənin təfərrüatları Səbail polisi tərəfindən araşdırılır. Cinayətin şəxsi ədavətdən qaynaqlandığı ehtimal olunur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR