Kriştianu Ronaldo 3-cü dəfə fərqlənərək "ilin ən yaxşısı" oldu

Avropanın ən yaxşı futbolçusunun adı açıqlanıb. APA TV-nin məlumatına görə, Çempionlar Liqasının püşkatma mərasiminin keçirildiyi Monakoda həm də ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.

Madridin "Real" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo UEFA-nın Avropada "İlin ən yaxşı futbolçusu" mükafatına layiq görülüb. 32 yaşlı superulduz karyerasında 3-cü dəfə bu mükafatı qazanıb.

O, “Barselona”nın futbolçusu Lionel Messi və “Yuventus”un kapitanı Canluici Buffonla mübarizədə üstün olaraq, Avropada 2016/17 mövsümünün ən yaxşı futbolçusu seçilib. 

Qeyd edək ki, mükafatın qalibini ötən mövsüm Çempionlar Liqası və Avropa Liqasında iştirak edən 80 məşqçinin və 55 jurnalistin səsləri müəyyən edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR