ABŞ-da silahlı insident: 30-dək insan girov götürüldü
ABŞ-ın Cənubi Karolina ştatında silahlı şəxs restoranda onlarla şəxsi girov götürüb. APA TV-nin “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, insident baş verən an restoranda təxminən 30 nəfər olub.
Atışmadan sonra polis ərazini mühasirəyə alıb. Atışma zamanı bir nəfərin öldüyü bildirilir. Polis sakinlərdən əraziyə yaxınlaşmamağı xahiş edib.
Polisin keçirdiyi əməliyyatdan sonra silahlı şəxsin girov götürdüyü 30-dək insan azad edilib. Hadisə zamanı bir nəfərin də yaralandığı deyilir. Əməliyyat zamanı polis silahlı şəxsi yaralayıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Şəhər meri Con Teklenburq insidentin terror aktı və ya irqçilik zəmnində cinayət olmadığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
14:31
157
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
167
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
948
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
937
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1276
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
793