Azərbaycanla Avropa Birliyi arasında VİZA REJİMİ SADƏLƏŞDİ
“Şərq tərəfdaşlığı”nın Vilnüsdə keçirilən III zirvə toplantısı çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb. Sənədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, AB tərəfindən isə Litva xarici işlər naziri Linas Linkyaviçyus ilə AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imza atıblar.
APA TV-nin xəbərinə görə, saziş tərəflər arasında bu ilin iyulunda paraflanıb.
Sənədə əsasən, müəyyən kateqoriyadan olan şəxslərin viza alması proseduru sadələşdirilir, viza üçün rüsum və tələb olunan sənədlərin sayı azaldılır.
Sənəd gələn il Azərbaycanla AB arasında readmissiya haqda saziş imzalandıqdan sonra qüvvəyə minəcək.
OXŞAR XƏBƏRLƏR
19:44
519
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
545
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
745
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2157
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2130
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1956