Cocuq Mərcanlıda daha 100 evin tikintisi davam edir
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndində olub. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Əli Həsənov əvvəlcə Cəbrayıldan olan, evlə təmin olunmuş 50 məcburi köçkün ailəsi il görüşüb. Daha sonra baş nazirin müavini şirkət rəhbərləri ilə qəsəbənin davamı olaraq tikilən 100 evdə gedən tikinti işləri ilə maraqlanıb.
Baş nazirə bildirilib ki, işlər bir ay müddətində yekunlaşacaq. Bu müddət ərzində burada 100 ev, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, poçt və digər infrastruktur obyektlər inşa ediləcək. Görülən işlərin vaxtında təhvil verilməsi üçün 30-a yaxın texnika, 350-dən çox işçi qüvvəsi cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
14:31
157
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
167
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
948
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
937
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1276
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
793