Prezident “Qarabağ" futbol klubuna 2 milyon manat ayırıb

Prezident İlham Əliyev “Qarabağ" futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə əlaqədar sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, sərəncamda deyilir: ""Qarabağ" futbol klubunun ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir".

 

Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq Prezidentin Ehtiyat Fondundan “Qarabağ” futbol klubuna 2 milyon manat ayrılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR