NATO hərbçiləri Kiyevin mərkəzindən marşla keçdilər - HƏRBİ PARAD

Ukraynanın müstəqilliyinin 26-cı ildönümü münasibətilə Kiyevin mərkəzində, Kreşşatik küçəsində hərbi parad keçirilib. İlk dəfə olaraq paradda  NATO-ya üzv 9 ölkədən hərbçilər də qatılıblar. Paradı Ukraynanın müdafiə naziri Stepan Poltorak qəbul edib. Kreşatik prospekti  boyunca 4500 əsgər hərbi  marşın sədaları ilə addımlayıblar.  Onlardan 230 nəfəri NATO təmsilçisi, 1000-dən çoxu isə Donbas əməliyyatının iştirakçılarıdır.

 

Paradda  ABŞ, Böyük Britaniya, Polşa, Litva, Latviya, Çernoqoriya, Estoniya, Türkiyə və Moldovanın müdafiə nazirləri və nümayəndə heyətləri iştirak ediblər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR