Ərdoğan: "Pentaqon PKK-ya tank əleyhinə raketlər verib"

ABŞ-ın tank əleyhinə idarə olunan raketləri PKK terror təşkilatının əlinə keçib. APA TV-nin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu iddiaları təsdiq eən sənədləri Ankarada ABŞ-ın müdafiə naziri Ceyms Mettisə təqdim edib.

 

Prezident bildirib ki, tank əleyhinə idarə olunan raketləri PYD/YPG qruplaşmasına Pentaqon verib. Suriyada İŞİD əleyhinə istifadə olunması üçün nəzərdə tutulan silahlardan PKK Türkiyədə terror aktları törətmək üçün istifadə edir. Mettisə PKK-dan ələ keçirilən silahların seriya nömrəsi də təqdim olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR