Riçard Hoqland: "Dağlıq Qarabağ və ətraf ərazilər mütləq Azərbaycana qaytarılmalıdır"

"Dağlıq Qarabağ və ətrafındakı ərazilər qeyd-şərtsiz geri qaytarılmalıdır. Eyni zamanda Azərbaycanın suverenliyi nəzərə alınmadan əhalinin bu ərazilərə köçürülməsindən söhbət gedə bilməz. Ölkənin suverenliyi mütləq bərpa olunmalıdır".

 

APA TV-nin "Amerikanın səsi" radiosuna istinadən məlumatına görə, bu fikirləri ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland bəyan edib.

 

O, deyib ki, tərəflər status məsələsini yalnız bundan sonra müzakirə edə bilərlər.

 

Sabiq həmsədr deyib ki, bu tələb yerinə yetirildikdən sonra Ermənistanla Dağlıq Qarabağ arasında Laçın rayonunu bütünlükdə əhatə etməyən gediş-gəliş koridoru yaradılmalı, qaçqınlar hər hansı şərt irəli sürülmədən öz evlərinə qaytarılmalıdır.

 

Həmsədr eyni zamanda Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra bölgədə sülhməramlı missiyanın yerləşdirilməsinin vacibliyinə də diqqət çəkib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR