ABŞ-ın neft ehtiyatları 463 milyon barelə düşdü, neft bahalaşır
Birləşmiş Ştatların kommersiya neft ehtiyatlarının həcminin ötən həftə də azalması "qara qızıl"ın qiymətinə pozitiv təsir göstərib. APA TV-nin məlumatına görə, analitiklər ötən həftə ehtiyatların 3,45 milyon barel azaldığını proqnozlaşdırsa da, ABŞ Energetika Nazirliyi bu rəqəmin 3,3 milyon barel olduğunu açıqlayıb. Bununla da ölkədə 463 milyon barel neft ehtiyatı qalıb. Ölkə üzrə benzin ehtiyatlarının həcmi isə 1,2 milyon barel azalaraq 230 milyon barelə enib.
Paralel olaraq Çin və Vyetnamda xam neftə olan tələbatın artması bazarı canlandırıb. Liviyanın "Aş-Şarara" neft yatağında hasilat hələ də bərpa olunmayıb, buna mane olan səbəb açıqlanmır. Ölkədə neft hasilatında fasilələrə adətən terrorçuların neft kəmərlərinə hücumları səbəb olur, bu barədə xəbərlər birjalarda neftin qiymətinə təsir edir.
Bu gün hərraclarda "Brent" markalı neftin bir bareli 52,57 dollardan satılır, Qərbi Texas nefti isə 48,38 dollara təklif olunub. İki marka arasında fərqin 4,2 dollara çatması müşahidə olunur, ekspertlər ABŞ-da hasilata cəlb olunan neft buruqlarının sayına dair hesabatdan sonra fərqin "Brent" lehinə daha da artacağını güman edirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV