ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri dəyişib. APA TV-nin məlumatına görə, gələn həftədən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri vəzifəsini Endrü  Şofer icra edəcək.

 

Bu barədə Birləşmiş Ştatların ATƏT-in Minsk Qrupunda müvəqqəti həmsədri Riçard Hoqland bəyan edib.

 

Bundan əvvəl Endrü Şofer Birləşmiş Ştatların Vyanada beynəlxalq təşkilatlar yanındakı missiyasında çalışıb. ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin sabiq baş köməkçisi Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR