Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu - "QARABAĞ" TARİX YAZDI
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” klubu həlledici matça çıxıb.
APA TV-nin məlumatına görə, Qurban Qurbanovun komandası səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Oyunda hesab birinci hissənin sonlarında - 45-ci dəqiqədə Santanderin qapımıza vurduğu qolla açılıb və komandalar fasiləyə bu nəticə ilə yollanıb. İkinci hissədə isə "Qarabağ" daha da əzmkarlıq nümayiş etdirərək hesabı bərabərləşdirib. Dino Ndlovu 63-cü dəqiqədə rəqib qapısını dəqiq nişan alıb. 66-cı dəqiqədə isə Andriya Pavloviç başla vurduğu qolla "Kopenhagen"i önə çıxarıb.
Matç “Kopenhagen”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına görə “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV