Netanyahu: "Suriyada İŞİD-dən azad olunan əraziləri İran işğal edir"

İsrail İranın Suriya münaqişəsində iştirakından narahatdır. APA TV-nin məlumatına görə, bu fikirləri İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə Soçidə keçirilən görüşdə deyib.

Netanyahu bildirib ki, bütün dünya səylərini birləşdirərək İŞİD terror qruplaşmasını məhv edir:

"Bütün səylərimizlə İŞİD qruplaşmasının məğlub edirik. Lakin islamçılardan azad olunan ərazilər İran tərəfindən işğal edilir. Lakin bir dəqiqə belə unutmaq olmaz ki, İran hər gün İsraili məhv etməklə təhdid edir", deyə Netanyahu bildirib.

İsrail baş nazirinin sözlərinə görə, Tehranın İraq, Yəmən və Livanda güclənməsi bütün dünya üçün təhlükə törədir. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR