İnquşetiyada xüsusi əməliyyat - TERRORÇU DƏSTƏ MƏHV EDİLDİ

İnquşetiyanın Malqobeksk rayonunda xüsusi əməliyyat keçirilib.

 

APA TV-nin məlumatına görə, Psedax rayonundakı əməliyyat zamanı respublika ərazisində silsilə terror aktları planlaşdırılan silahlı dəstə zərərsizləşdirilib.

 

Onların hamısının bir müddət əvvəl polis əməkdaşlarının qətli ilə bağlı axtarışa verilən "Malqobek" bandasının üzvləri olduğu deyilir.

 

Qeyd edək ki, əməliyyatda dəstə üzvlərinin hamısı məhv edilib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR