Əli Həsənov: "Ermənilərin Qarabağa köçürülməsi tarixi faktdır"
Baş nazirin müavini Əli Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Tərtərə səfər edib. APA TV-nin Qarabağ müxbirinin verdiyi xəbərə görə, Əli Həsənov Tərtərdə yeni salınan məcburi köçkün düşərgəsində gedən tikinti işləri ilə tanış olub.
"Bu şəhərcik son 10 ildə Cənab Prezidentin məcburi köçkünlər üçün tikdirdiyi qəsəbələrin ən böyüyüdür. Burdakı binaların həcmindən də bu görünür, ərazi 50 hektardır, 34 ədəd 4 mərtəbəli bina tikilib, 1200 yerlik çox böyük məktəbdir".
Əli Həsənov rayonun Şıxarx qəsəbəsində bərpa olunan Marağa abidəsində gedən tikinti işləri ilə də tanış olub. O bildirib ki, abidənin bərpası ilə yanaşı, bəzi tarixi faktlar da toplanacaq. Həmin faktlar əsasında ermənilərin bu torpaqlara köç etdiyi sübut olunacaq.
"Ermənilərin bura köçürülməsi tarixi faktdır. Cənab prezidentin tapşırığı ilə biz buranı olduğu kimi saxlayırıq. Bütün səfirlər və beynəlxalq təşkilatların nümayəndələrini bura dəvət edəcəyik. Qoy görsünlər ki, ermənilər bura 1828-ci ildə İranın Marağa kəndindən köç ediblər".
Əli Həsənov Şıxarx qəsəbəsində yaşayan məcburi köçkün ailələri ilə də görüşüb. Mənzil şəraiti pis olan ailələrin qeydiyyata alınmasına dair tapşırıq verib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV