Pentaqon rəhbəri Kiyevdə hərbi paradı izləyəcək

Pentaqon rəhbəri Ceyms Mettisin Ukraynaya səfəri başlayır. Müdafiə nazirinin səfərdə məqsədi Vaşinqtonun Ukrayna ilə strateji tərəfdaşlığa sadiqliyini nümayiş etdirməkdir. Ceyms Mettis sabah Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak edəcək, Kreşşatik küçəsində keçiriləcək hərbi paradı izləyəcək. Onun Ukrayna prezidenti Pyotr Poroşenko və müdafiə naziri Stepan Poltorakla görüşləri planlaşdırılıb. Səfər ərəfəsində jurnalistlərə açıqlama verən Pentaqon rəhbəri deyib ki, ölkəsi Ukraynaya hərbi dəstəyi davam etdirəcək. O, ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR