Borjomi yaxınlığında meşə yanğınlarının söndürülməsi davam edir
Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsində fəal iştirak edirlər.
APA TV-nin məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları və şəxsi heyəti Daba kəndi yaxınlığında yanğının söndürülməsi ilə məşğuldur.
FHN-in helikopteri də səhər saatlarından etibarən Türkiyə, Gürcüstan və Belarus helikopterləri ilə birgə yanğının qarşısının alınması əməliyyatlarında iştirak edir.
Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilib.
Gürcüstan prezidenti Gerogi Marqvelaşvili və bu ölkənin digər rəsmiləri yardıma görə Azərbaycan prezidentinə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV