Göyçayda meşədə yanğın: Alovun qoruğa keçməsinin qarşısı alındı

Göyçay rayonunda böyük ərazidə baş verən yanğın söndürülüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 22:00 radələrində Göyçay və Ağdaş rayonları arasındakı dağlıq ərazidə qeydə alınıb. Bozdağda baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Alovun böyük ərazini bürüməsinin qarşısı alınıb. Hadisə zamanı 10 hektar sahədə quru ot, kol-kos və xırda ağaclar yanıb. Yanğınsöndürənlər alovun "Türyançay" Dövlət Təbiət Qoruğunun meşə sahəsinə keçməsinin qarşısını alıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.  Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR