Bakıda yanan evdən qadın meyiti aşkarlandı

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bir-birinə bitişik tikilmiş dörd otaqlı evdə yanğın baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 kvadratmetr olan 3 otaqlı evin dam örtüyü 58 kvadratmetr sahədə yanıb.

 

Yanğın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkarlanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR