Sabah Bakıda 37, bölgələrdə 41 dərəcə isti gözlənilir
Sabah Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək, şimal-şərq küləyi əsəcək.
Sinoptiklərin verdiyi məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 45-55 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan,
Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV