Bakı toz dumanına büründü - AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, ETSN-in Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin avqust 23-də səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakı və Abşeron yarımadasında havada olan tozun miqdarının sanitar normadan artıq olub.
Buna səbəb Türkmənistan ərazisindən daxil olan toz dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.
Nazirlikdən bildirilib ki, Bakı və Abşeron yarımadasında zəif cənub-şərq küləyinin əsməsi, yüksək nisbi rütubət və temperaturun olması ilə əlaqədar avqustun 26-dək atmosfer havasında tozun miqdarının bir qədər də artacağı proqnozlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV