Tanınmış meyxana ustası Bayram Kürdəxanılını maşın vurdu - HƏKİMLƏR DƏ XİLAS EDƏ BİLMƏDİ

Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Quliyev Bayramqulu Məşədi oğlu) avtomobil vurması nəticəsində ölüb.

APA TV-nin xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçmək istəyərkən onu paytaxt sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. Ağır xəsarətlər alan B.Kürdəxanılı sürücünün özü tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü E.Fərhadov Sabunçu polisi tərəfindən saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR