Cəlilabadda 3 otaqlı evdə yanğın olub, sakinlər təxliyyə edilib
Cəlilabadda yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Azərbaycan küçəsində Vəliyev Famiz Vəli oğluna məxsus mənzildə qeydə alınıb. Nəticədə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 47 kv/m olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları yanıb.
Evdə heç kim olmadığı üçün hadisədən ilk olaraq qonşular xəbər tutub və yanğınsöndürənlərə xəbər verib. Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.
Hadisənin elektrik xətlərindəki qısaqapanmadan qaynaqlandığı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR
14:31
202
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
210
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
963
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
940
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1279
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
796