Ağcabədidə sərxoş sürücü avtomobili hasara vurdu - YARALILAR VAR
Ağcabədidə avtomobil daş hasara çırpılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib. Mətləb Hüsüyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq daş hasara çırpılıb.
Nəticədə sürücü və avtomobildə olan sərnişin, sürücünün əmisi oğlu 26 yaşlı Mehrac Hüsüyev xəsarət alıb.
Xəsarət alan şəxslər əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, sonradan Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına göndərilib.
Məlumata görə, sürücü M.Hüsüyev avtomobili idarə edərkən sərxoş olub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:31
204
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
211
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
963
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
940
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1279
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
796