Lerikdə üç nəfərin öldüyü yanğın qəsdən törədilib: OĞUL TUTULDU
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.
APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynovun polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.
Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.
Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.
Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV