Astara düyüsü dünya bazarlarına çıxır - MƏHSUL BOLDUR
Astarada çəltik biçininə başlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, bu ildən fermerlər daha məhsuldar sortları sınaqdan keçirib, nəticələr müsbətdir. Bu il bağlanmış müqavilə əsasında astaralılar xaricə də məhsul ixrac edəcəklər: "Bu il 50 sot torpaq əkmişəm, "Apola" bir də "Haşimi" sortlarını əkmişəm. Bunun 25 sotu "Haşimi", 25 sotu isə "Apola"dır. Yığıma təzə başlamışıq, "Apola" sortu 750-800 kq, "Haşimi" sortu isə 10 sota 350-400 kq məhsul verir".
Havaların əlverişli keçməsi sahələrdə məhsuldarlığın artmasına səbəb olub. Ötən il Astarada 133 hektar ərazidə çəltik əkilmişdisə, bu sahələr 3 dəfə genişləndirilərək 447 hektara çatdırılıb. Belə olan halda məhsul bolluğu da yaşanır. Astaranın Artuba kənd sakini Mehman Quliyev İngiltərə ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən o, 5 dollardan onlara iki ton məhsul satacaq: "Çox təbii bir məhsuldur buna heç bir kimyəvi qatqılar qatılmayıb, tam əl zəhməti ilə buna nail oluruq, bunun alıcısı da əsasən rayon daxilində, respublika daxilində vətəndaşlarımız tərəfindən alınır".
Bu ildə əsasən "Haşimi", "Sədri" və yeni sınaqdan keçmiş "Apola" sortları əkilib. Ümumiyyətlə çəltikçilik fermerlərə kifayət qədər gəlir ver, amma bu sahə digərlərinə baxdıqda xeyli zəhmət tələb edir. Müştəri sarıdan korluq çəkmədiklərini deyən fermerlər bildirir ki, Astara düyüsü adından bazarlarda kifayət qədər məhsul satılır, özü də "Haşimi" sortu əvəzinə. Amma əsil Astara düyüsünün özəllikləri var: "Başqa rayonlardan - əsasən Biləsuvar, Salyan, Bakıdan gəlib 4-5 manata bizdən alırlar. Yerli düyü ilə çox maraqlanırlar, market düyülərindən fərqi çoxdur, qat-qat üstündür. Keyfiyyətinə, iyinə, tamına, həliminə görə çox fərqlidir".
Ötən il yığım zamanı yaşanan problemlər artıq geridə qalıb. Hər il yığım vaxtı texnika sarıdan fermerlər əziyyət çəkirdi. Bu il isə... "Çəltik biçininə bir həftədir ki, start verilib. Biçinə kombaynlar cəlb olunub. Texnika sarıdan heç bir problemimiz yoxdur. Biçin 447 hektardan 80 hektarında artıq aparılıb, orta məhsuldarlıq 40 sentner götürülür".
Qeyd edək ki, çəltikçilik təkcə Astarada deyil, eyni zamanda Lənkəran və ötən ildən başlayaraq Masallı rayonunda da inkişaf etdirilir. Hazırda dəyirmanlarda üyüdülən üç növ çəltiyin bir kq 1 manatdan başlayaraq 4 manata qədər dəyişir.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV