Bakı Qlobal Gənclər Forumunun panel iclasları başlayıb
"Cəmiyyətimizdə qadınlar əks cinsin nümayəndələrinə nisbətdə daha emosional davranır".
APA TV-nin məlumatına görə, bu fikirləri Ukraynanın sabiq birinci xanımı Yekaterina Yuşenko Qlobal Gənc Liderlər Forumu çərçivəsində keçirilən "Qadın və kişi liderliyi. Mədəniyyətlərin liderliyi arasındakı fərqlər. Biz necə inteqrasiya edib öyrənək?" mövzusundakı paneldə çıxışı zamanı bildirib.
O deyib ki, buna rəğmən 2024-cü ilədək dünya miqyasında qadın liderlərin sayında artım olacağı güman edilir: "Biz görə bilərik ki, qadınlar indi daha çox kişi kimi davranır. Qadınlar daha çox dünyadakı iqtisadi artımın katalizatoru kimi fəaliyyət göstərir. Onlar ümumdaxili məhsulun ölkə üzrə payının artırılmasına çalışır. Bundan başqa hesab edirəm ki, qadınlar oğlan övladının cəmiyyətdə müəyyən mövqe tutmasına atalardan daha çox töhfə verirlər".
Bolqarıstanın sabiq dövlət başçısı Rosen Plevnelievin də paneldə çıxışı olub. O, hələ vəzifəsini icra etdiyi dövrə ölkəsində qadınların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər barəsində məlumat verərək, regional inkişaf və ictimai işlər naziri vəzifəsində çalışarkən nazir müavini vəzifəsinə qadın namizədi tövsiyə etdiyini diqqətə çatdırıb: "O zaman rəhbərlik etdiyim nazirlikdə çalışan qadınlar işə böyük ehtirasla yanaşmışdılar və biz çox gözəl məhsuldarlıq əldə etdik. Sonra isə mən prezident seçildim və öz komandamı qurmağa başladım. Nəticədə, Prezident Aparatında çoxsaylı qadınlar məsul vəzifələri tutdular. Mənim mətbuat katibim və aparat rəhbərim qadınlar idi".
Forumda maraq doğuran daha bir məruzənin müəllifi isə Liviyanın Avropa İttifaqındakı sabiq səfiri Fəridə Əllagi olub. O, çıxışında cəmiyyətdə qadına olan səthi münasibətin çox zaman dini faktorlara əsaslandığına diqqət çəkib: "Mən 20 il Səudiyyə Ərəbistanında fəaliyyət göstərmişəm. Mən orada heç vaxt bir ayrı-seçkilik hiss etmədim. Eyni zamanda bilirəm ki, o ölkədə qadınlara qarşı acizanə bir yanaşma var. Təəsüf ki, dünyada qadınların qarşısında liderlik imkanı açan fürsətlər elə də çox deyil. Burada həm hüquqi sistem, həm də dinlərin buyurduğu hökmlərin yanlış yozulması da mühüm rol oynayır".
Panelin davamında qadın və kişi liderliyinin oxşar və fərqli cəhətləri mövzusunda müzakirələr olub.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV