Kəndə gəlib insanları söydü, etiraz edənləri bıçaqladı - İSMAYILLIDA KÜTLƏVİ DAVA
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Cülyan kəndində qeydə alınıb.
Sərxoş vəziyyətdə kəndə gələn İsmayıllı şəhər sakini Səfərov Elşən Cavad oğlu sakinləri nalayiq ifadələrlə təhqir edib. Kənd sakinləri isə ona bu cür hərəkətlər etməməsi barədə xəbərdarlıq ediblər.
Oranı tərk edən Elşən Səfərov daha sonra dostu, 1985-ci il təvəllüdlü Salmanov Nemət Məzahir oğlu ilə birlikdə geri qayıdıb. Bu zaman kütləvi dava baş verib. Kənd sakinləri 1971-ci təvəllüdlü Hacıyev Seyfi Əli oğlu, 1986-cı il təvəllüdlü Mustafayev Aqil Qasım oğlu və 1947-ci il təvəllüdlü Hacıyev Arif Əli oğlu Elşən Səfərov tərəfindən bıçaqlanıb. Hadisə zamanı onları ayırmaq istəyən Nemət Salmanov da xəsarət alıb.
Xəsarət alan kənd sakinləri İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına, Nemət Salmanov isə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstələrin bədənlərinin müxtəlif yerlərində kəsilmiş-deşilmiş bıçaq yaraları olduğundan İsmayıllı MRX-nın cərahhiyə şöbəsində əməliyyat olunublar. Hazırda yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Elşən Səfərov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV