İraq ordusu Telaferə girdi - İLK MƏLUMATLAR

İraq ordusu İŞİD-in nəzarətində olan Telafer şəhərinə daxil olub.

 

APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, son günlərdə şəhərdən 30 min mülki əhalinin qaçdığı bildirilir. İnsanlar 10-20 saat ac-susuz yol gedərək təhlükəsiz bölgəyə çatmağa çalışır. Telaferdə nə qədər insan qaldığı isə bəlli deyil.

 

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Telafer əməliyyatından qabaq İraqda səfərdə olub. Mettis İraq ordusunun İŞİD-ə qarşı zəfərlərinə baxmayaraq əməliyyatın çətin olacağını bildirib: "Telafer uzun müddətdir İŞİD-in əlindədir. Ancaq terrorçuların bu şəhərdə son günləridir. Telaferin alınmasından sonra İraq ordusu qərbə - Fərat çayının vadisinə yönələcək".

 

İŞİD-ə qarşı əməliyyatlara cavabdeh olan general Andre Kroft şəhərdə 20 min mülki şəxsin qaldığını deyib. O, terrorçuların mülki şəxslərdən qalxan kimi istifadə etdiyinə görə çoxlu itkilərin olduğunu deyib. Kroft İŞİD-in rəhbərliyində pərakəndəlik olduğunu bildirib: "Hazırda koordinasiyaları zəfiləyib. Dağınıq, dirəncləri qırılmış və tükənmiş bir vəziyyətdədirlər".

 

Mosuldan qaçan İŞİD liderlərinin və Əbu Bəkr Bağdadinin aqibəti məlum deyil. Təsdiqlənməmiş hesabatlara görə Bağdadi öldürülüb.

 

Əməliyyatın başladığı 24 saat ərzində 235 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR