Lerikdə 3 üzvünün yanaraq öldüyü ailənin oğlu: "İki-üç gün qabaq evə gəlmişdim" - TƏFƏRRÜAT

Lerikdə baş verən yanğının bəzi təfərrüatları məlum olub.

 

APA TV-nin Сənub bürosunun verdiyi məlumata görə, rayonun  Vizəzəmin kəndində baş verən hadisə zamanı bir ailənin üç üzvü yanıb.

Yanğın səhər saatlarında qeydə alınıb. Ailənin həmin vaxt yuxuda olması ehtimalı böyükdür.

Qısa müddət ərzində alov bütün yaşayış evini bürüyüb. Yanğın zamanı ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı 50 yaşlı Şükufə Hüseynova və ev sahibinin qızı 22 yaşlı Süsən Mirzəzadə hadisə yerində yanaraq külə dönüb. Yanğın zamanı ailə üzvlərindən biri Mehdi Hüseynov yanğından xilas ola bilib.

Evin digər övladı isə həmin vaxt işdə olub: "Hadisə baş verəndə mən işdə idim. Zəng vurdular ki, belə bir hadisə olub, çıxdım gəldim. Mən gələndə ev tam yanmışdı. Bilmirəm, normal bir ailə idik, yanğının nədən baş verdiyindən xəbərim yoxdur. İki-üç gün qabaq evə gəlmişdim, hər şey normal idi, şoKa düşdüm".

 

Hər üç meyit müayinə olunmaqdan ötrü Lənkəran morquna aparılıb. Hadisənin baş vermə səbəbləri tibbi ekspertizadan və hadisə yerində aparılan araşdırmalardan sonra məlum olacaq.


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR