Toyuğun yumurtasının saplağı var, sarısı yoxdur - GORANBOYDA NONSES

Toyuq saplaqlı yumurta yumurtlayıb.  APA TV-nin məlumatına görə, maraqlı hadisə Goranboyda qeydə alınıb.

Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara toyuq fərqli görünüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir təsərrüfatında belə hadisəyə rast gəldiyini deyir. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur. Quş xəstə deyil, ildə 30-dan artıq cücə çıxarır: "O qədər də böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini daha çox çəkib. Bəziləri gülərək toyuğun belə yumurta verməsinə inanmasa da, digərləri onun foto və videosunu çəkib paylaşmaq qərarına gəlib".

Mütəxəssislər isə canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizmində baş verən çatışmazlıqla bağlı olduğunu bildirir.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR