Prezident Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda iştirak edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin başçılıq etdiyi, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliev və Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, İsrailin sabiq Prezidenti Dalia İtzik, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətinin daxil olduqları Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyətini qəbul edib.
APA TV-nin məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada nüfuzunun getdikcə artdığı, tərəfdaşlarının çoxaldığı, fəaliyyət istiqamətlərinin genişləndiyi vurğulanıb və Mərkəzin gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunun əhəmiyyəti qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV