Xəzərdə daha bir neftçinin meyiti tapıldı
Ötən il "Günəşli" yatağında baş vermiş yanğında itkin düşmüş neftçilərdən daha birinin meyiti aşkarlanıb. APA TV-nin məlumatına görə, bu barədə müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirən qərargah açıqlama yayıb.
Meyit avqustun 18-də saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkarlanıb. Meyiti aşkar edilən şəxsin "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979-cu il təvəllüdlü Əsədov Samir Atabala oğlu olduğu müəyyən edilib.
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
OXŞAR XƏBƏRLƏR
14:31
204
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
13:56
210
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
12:50
963
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
940
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
1279
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
796