Atlar kişnədi, zülmət çökdü, canlı yayımda sayt dayandı - GÜNƏŞ TAM TUTULDU

ABŞ-ın 14 ştatının sakinləri tam günəş tutulmasını müşahidə edib. APA TV-nin "Washington Post"a istinadən məlumatına görə, bu hadisəni milyonlarla insan izləyib.

Ayın kölgəsi tamamilə günəşin üstünü örtüb. Astronomik prosesi əvvəlcə Oreqonda yaşayan insanlar görüb. Şahidlər atların narahatlıq keçirdiyini, bir-birinə sığındığını deyir.

Daha sonra isə hadisə Nebraska, Kanzas və Ayovada müşahidə olunub.  

Bu, son 99 ildən sonra qitənin qərb və şərqindən görünən ilk günəş tutulmasıdır. Bu ərazilərdə kölgənin məsafəsi 113 kilometrdən 4800 kilometrə qədər uzanıb.

Hadisəni canlı yayımlayan NASA TV-nin saytı proses zamanı çöküb. Bu, izləyici çoxluğu ilə bağlı olub.



 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR