Lerikdə faciə: ailənin üç üzvü evdə diri-diri yandı
Lerik rayonunda yaşayış evi yanıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 kv.metr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq, Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibinin 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızının yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğın söndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV