ABŞ-da hasilatın artma ehtimalı nefti ucuzlaşdırır

ABŞ Energetika Nazirliyinin ölkədə gündəlik neft hasilatının həcminə dair proqnozları qiymətlərin bahalaşmasını ləngidir. Nazirlik 2017-ci ildə gündəlik hasilatın 9,4 milyon barelə, gələn il isə 9,9 milyon barelə çatacağını proqnozlaşdırır. Bu rəqəmlər bazarda balansın yaranacağına dair ehtimalları zəiflədir.

 

Bu gün birjalarda "Brent" markalı neftin bir bareli 51,87 dollardan satılır, Qərbi Texas nefti isə 47,73 dollardan təklif olunur. ABŞ investisiya fondları WTİ neftinin bahalaşmasına yönəlik proqnozları azaldır. 

 

Yaxın iki gündə neftin qiymətinə təsir edəcək əsas amillər Amerika Neft İnstitutu və Energetika Nazirliyinin açıqlayacağı həftəlik hesabatlar olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR