Putin generalı ABŞ-a yeni səfir təyin edib

Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Anatoli Antonovu Rusiyanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, A. Antonov eyni zamanda Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Rusiyanın daimi nümayəndəsi vəzifəsini də icra edəcək.

 

Rusiya prezidentinin digər sərəncamları ilə Anatoli Antonov xarici işlər nazirinin müavini, Sergey Kislyak isə Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunublar.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR