Sürücülər polisləri və jurnalistləri belə hədələdilər - HADİSƏ YERİNDƏN
"Təmiz hava" aylığı çərçivəsində Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları rayon ərazisində reydlər keçirib. APA TV-nin məlumatına görə, onlardan biri də Gəncə-Daşkəsən yolunda aparılıb.
Saxlanılan hər bir nəqliyyat vasitəsinin sahibinə reydlə bağlı məlumat verilib, avtomobillər dəm qazının miqdarını ölçən aparatla yoxlanılıb. Reyd zamanı havaya atılan dəm qazı normadan artıq olduğu üçün xeyli sayda avtonəqliyyat vasitəsinin sürücüsünə qarşı müvafiq qaydada inzibati protokol tərtib edilib.
Bəzi etirazlara baxmayaraq sürücülər qanunun tələbləri izah olunmaqla cərimə olunublar. Protokola imza atmaqdan imtina edən sürüclər içərisində yol polisinə və çəkliş qrupuna hədə-qorxu gəlməkdən belə çəkinməyənlər də olub.
Reyddə həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, cəriməni vaxtında ödəməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eləcə də müvafiq sürücülük vəsiqəsi olmadan sükan arxasına əyləşənlər aşkarlanıb.
Polisin belə reydlərini müsbət dəyərləndirənlər də olub.
Qeyd edək ki, inzibati məcəllənin müvafiq maddəsinə əsasən mühərriki nasaz olan və havaya atılan dəm qazının miqdarı normadan çox olan nəqliyyat vasitələrinin sürücüləri 50 manat məbləğində cərimə olunur. Bu ayın sonuna kimi davam edəcək reydlər rayonun bütün yolarında aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV