Nişanlı oğlanı qayınata evində bacanağı öldürdü - TƏFƏRRÜAT
Göyçay rayon sakini bacanağını qətlə yetirib. Hadisə ötən gecə saat 1:00 radələrində qeydə alınıb.
Qayınatanın evində iki bacanağın mübahisəsi qanla nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə Göyçay şəhər sakini 1992-ci il təvəllüdlü Əbdulrəhmanov Pərviz Şahin oğlu şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı Göyçay şəhəri Vaqif küçəsi 20 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Əkbərov Müşviq Nizami oğlunu bıçaqlayıb. Döş qəfəsindən və qarın böşluğundan ağır xəsarətlər alan Müşfiq Əkbərov Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq yaralı orada dünyasını dəyişib.
Qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Müşfiq Əkbərovun atası Nizami Əkbərov APA TV-nin yerli bürosuna bildirib ki, oğlunu bacanağı Pərviz Əbdülrəhmanov bıçaqlayaraq qətlə yetirib. Nizami Əkbərov hadisə barədə məlumat verərək bildirib ki, gecə saat 1:00 radələrində oğlunun nişanlısı telefonla zəng edərək evlərində dava baş verdiyini bildirib və onu təcili olaraq öz evlərinə köməyə çağırıb. Qız deyib ki, bacısının əri Pərviz narkotik və spirtli içki qəbul edərək onların evinə hücum edib və bacısını, atasını və anasını döyür. Müşfiq qaynatasıgilə gedib və Pərvizi sakitləşdirmək istəyərkən onun hücumuna məruz qalıb. Pərviz Müşfiqi ürəyindən bıçaqlayaraq amansızlıqla qətlə yetirib. Ata oğlunun heç bir günahı olmadan qətlə yetirildiyini qeyd edib. Onun sözlərinə görə oğlu sakit adam idi, heç kimlə dava edən adam olmayıb. Nişanlısının çağırışı ilə qaynatasıgilə gedən kimi öldürülüb. Oğlum Göyçay rayon Qaz İstismarı İdarəsində işləyirdi. Muşfiq qızla bu ilin fevralında nişanlanmışdı, toy mərasiminə hazırlaşırdı. Nizami Əkbərov oğlumun bacanağı Pərvizin isə ailəsində tez-tez söz-söhbət olduğunu bildirib. Onun sözlərinə görə, Pərvizin həyat yoldaşı uşağını götürüb atasıgilə getmişdi. Pərviz də yoldaşına görə qaynatasının evinə gedərək dava edərkən bu qətl hadisəsi baş verib.
Hadisəni törədən Pərviz Əbdülrəhmanobv tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi
Elçin Əfəndiyevin I Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV